satellite   Azerspace-1: 11135 H 30000

Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib - SƏRƏNCAM

Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib<font color='red'> - SƏRƏNCAM</font>

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin".

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM