satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların iki avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Sülhməramlıların iki avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Həmişə olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına aid təminat avtomobilləri Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara aid iki minik avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

Bu bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM