satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların daha üç avtomobilinin aksiya ərazisindən keçidi təmin olunub

Sülhməramlıların daha üç avtomobilinin aksiya ərazisindən keçidi təmin olunub

Laçın-Xankəndi yolunda dinc şəkildə davam edən aksiyanın 37-ci günündə də Rusiya sülhməramlılarına aid avtomobillər aksiya ərazisindən sərbəst hərəkət edə bilirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən sülhməramlılara aid iki zirehli və bir yük avtomobilinin sərbəst keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM