satellite   Azerspace-1: 11135 H 30000

“Hürriyet” qəzeti Azərbaycan Prezidentinin Münxen Konfransındakı çıxışından yazıb

“Hürriyet” qəzeti Azərbaycan Prezidentinin Münxen Konfransındakı çıxışından yazıb

Türkiyənin “Hürriyet” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdakı çıxışı ilə bağlı məqalə yayımlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Gürcüstanın və Ermənistanın baş nazirlərinin də iştirak etdikləri iclasda Azərbaycan Prezidentinin “Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər” sözləri oxucuların diqqətinə çatdırılıb.

Yazıda dövlətimizin başçısının iclasda Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı fikirlərinə də yer verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM