satellite   Azerspace-1: 11135 H 30000

İƏT-in Baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

İƏT-in Baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi İƏT-in saytına istinadla xəbər verir ki, təşkilatın Baş katibi Hiseyn Brahim Taha Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının 31-ci ildönümü ilə əlaqədar 1992-ci il qətliamında həyatını itirənlərin xatirəsini anıb. Baş katib bir daha vurğulayıb ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir. 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommünikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM