satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu: Bu gün sülhməramlıların 35 avtomobili Laçına, 2-si isə Xankəndiyə gedib

Laçın-Xankəndi yolu: Bu gün sülhməramlıların 35 avtomobili Laçına, 2-si isə Xankəndiyə gedib

Hər gün olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına məxsus avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu gün ərzində sülhməramlıların Xankəndidən gələn 30-u yük, 5-i isə minik avtomobili olmaqla 35 avtomobili Laçın istiqamətinə gedib. İki yük avtomobili isə əks tərəfə istiqamət alıb.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 73-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM