satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib

Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib

Avronest Parlament Assambleyasının Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən 10-cu sessiyası başa çatıb. Sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, 10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklif olunub. Dəyişikliklər “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edirdi.

Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM