satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov Azərbaycana rəsmi səfər edəcək

Sergey Lavrov Azərbaycana rəsmi səfər edəcək

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana rəsmi səfər edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat qeyd edib ki, səfər Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də yüksək səviyyədə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümü münasibətilə həyata keçirilir.

M.Zaxarova vurğulayıb ki, Bakıda aparılacaq dialoq əsnasında ikitərəfli münasibətlərin bütöv bir kompleksi, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq, 2020-ci il noyabrın 9-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da, 2022-ci il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi vəziyyətinə xüsusi diqqət yetiriləcək.

M.Zaxarova vurğulayıb ki, bu sənədlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox mühüm elementləridir və Cənubi Qafqazın sülh, sabitlik və tərəqqi zonasına çevrilməsinə kömək etməlidir.

Rusiyalı nazir Bakıya səfərinin ikinci günündə Rusiya-Azərbaycan Ekspert Şurasının müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə həsr olunmuş plenar iclasında çıxış edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM