satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova İrəvanın Bakı ilə fəal danışıqlar aparmasının deeskalasiyaya yol açacağından əmindir

Zaxarova İrəvanın Bakı ilə fəal danışıqlar aparmasının deeskalasiyaya yol açacağından əmindir

Moskva əmindir ki, rəsmi Yerevanın Bakı ilə danışıqlarda fəal iştirakı tərəflər arasında “cari gərginliyin” azaldılmasına kömək edə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz hesab edirik ki, rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışında fəal iştirakı mövcud gərginliyin azaldılmasına töhfə verəcək”, - o bildirib.

Zaxarova xatırladıb ki, Rusiyanın mövqeyi üçtərəfli razılaşmalara uyğun olaraq bütün öhdəliklərin ən yüksək səviyyədə yerinə yetirilməsindən irəli gəlir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM