satellite   Azerspace-1: 11135 H 30000

Moldova mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Moldova mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Moldovanın nüfuzlu KİV-ləri martın 9-da Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumuna geniş yer ayırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Realitatea”, “Rupor”, “Jurnal1”, “Noi” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin forumun rəsmi açılışındakı çıxışındakı fikirlər işıqlandırılıb.

Məqalələrdə dövlət başçımızın çıxışına istinadla Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, hazırkı geosiyasi vəziyyətdə Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində etdiyi yardım, ixrac boru kəmərlərinin genişləndirilməsində Azərbaycanın atdığı addımlar vurğulanıb. Azərbaycanın Avropanın etibarlı tərəfdaşına çevrildiyi qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM