satellite   Azerspace-1: 11135 H 30000

Mövlud Çavuşoğlu: Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib

Mövlud Çavuşoğlu: Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib

Zəlzələ bölgəsini ən son Azərbaycan axtarış-xilasetmə heyəti tərk edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, zəlzələ bölgəsinə ümumilikdə 90 ölkədən 11300 heyət gəlib. “Artıq işlər bitdiyi üçün onlar ölkələrinə geri qayıtdı. Ən son Azərbaycandan gələn heyət qayıtdı. 32 səhra xəstəxanasından hazırda 12-si fəaliyyət göstərir”, - deyə M.Çavuşoğlu əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM