satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Laçın yolunun blokadada olması barədə Ermənistanın iddiaları tamamilə əsassızdır

Prezident: Laçın yolunun blokadada olması barədə Ermənistanın iddiaları tamamilə əsassızdır

Laçın yolunun blokadada olması barədə Ermənistanın iddiaları tamamilə əsassızdır, yol üzrə hərəkət təmin edilir, dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsi, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxs keçib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə olunması Azərbaycanı narahat edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM