satellite   Azerspace-1: 11135 H 30000

FHN-in Türkiyədəki ikinci mobil səhra hospitalı ölkəmizə gətirilib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturun bərpası nəzərə alınaraq, bu gün Bakıya gətirilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə FHN-dən bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla təchiz olunmuş 2 ədəd mobil səhra hospitalında ümumilikdə, 684-ü uşaq olmaqla, 3 123 nəfər zərərçəkmişə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Xatırladaq ki, FHN-in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı fevralın 11-də Türkiyəyə çatmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM