satellite   Azerspace-1: 11135 H 30000

Fransalı senator Bakı və Paris küçələrinin təmizliyini müqayisə edib - FOTOLAR

Fransalı senator Bakı və Paris küçələrinin təmizliyini müqayisə edib<font color=red> - FOTOLAR</font> Fransalı senator Bakı və Paris küçələrinin təmizliyini müqayisə edib<font color=red> - FOTOLAR</font>

Fransa Senatının Orne departamentindən olan üzvü Natali Qule tviter hesabında Paris küçələrinin görüntülərini paylaşaraq, müqayisə üçün müasir Bakının küçə və meydanlarının bir neçə fotosunu yerləşdirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Parisin Bulon-Bilyankur qəsəbəsindən olan Natali Qule tviter hesabında Bakı küçələrinin heyrətamiz təmizliyini və baxımlılığını qeyd edir. Onun sözlərinə görə, bunu Fransa paytaxtı haqqında demək çətindir.

Natali Qulenin sözlərinə onu da əlavə etmək lazımdır ki, Bakının yarımsəhra landşaftına və çətin iqlim şəraitinə malik olmasına baxmayaraq, özünəməxsus memarlıq görünüşü ilə yanaşı, həm də təmizliyi, səliqəsi və yaşıllıq zənginliyi ilə Avrasiya məkanındakı şəhərlərdən fərqlənir.

Bakının təmizliyi son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib ki, bu da həm bakılıların, həm də Azərbaycan paytaxtının çoxsaylı qonaqları tərəfindən daim qeyd edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM