satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: Türk dünyasının tək ürək olduğunu bir daha göstərəcəyik

Türkiyə Prezidenti: Türk dünyasının tək ürək olduğunu bir daha göstərəcəyik

Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşünün açılışında söyləyib.

“Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, TDT-nin Fövqəladə Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər müzakirə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM