satellite   Azerspace-1: 11135 H 30000

ANAMA sədri: "BMT agentliklərinin mina probleminə diqqəti böyükdür"

ANAMA sədri: "BMT agentliklərinin mina probleminə diqqəti böyükdür"

BMT agentliklərinin mina probleminə diqqəti böyükdür və dəstək vermək istəkləri var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, ANAMA BMT agentlikləri ilə sıx əməkdaşlıq edir:

“Sözsüz ki, BMT agentliklərinin mina probleminə olan diqqəti böyükdür. Dəstək vermək istəkləri var. Bu sahədə əməkdaşlığımızı davam etdiririk. Ümid edirik ki, bu əməkdaşlıq genişlənəcək”.

Sədr bu gün Ağdamda baş verən mina hadisəsinə BMT-nin münasibətindən də danışıb:

“BMT-də sözsüz ki, bugünkü hadisəyə kədərlənirlər. Eyni zamanda biz hər zaman bu məsələni qabardırıq və mina probleminin mülki insanlara nə qədər böyük ziyan verdiyini göstəririk. Çalışırıq ki, bu məsələ diqqət mərkəzində olsun”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM