satellite   Azerspace-1: 11135 H 30000

TDT-nin onuncu Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

TDT-nin onuncu Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) onuncu yubiley Zirvə görüşü oktyabrda Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilən Fövqəladə Zirvə görüşündə bildirib.

Qazaxıstan Prezidenti bildirib ki, hazırda dünyada mürəkkəb geosiyasi və iqtisadi vəziyyət yaranıb. “Belə bir vəziyyətdə türk dünyasının əməkdaşlığının möhkəmləndirilməsi çox vacibdir. Bizim təşkilat beynəlxalq arenada layiqli yer tutduğunu nümayiş etdirir. Ölkələrimizin siyasi, iqtisadi və mədəni əlaqələri yeni səviyyəyə yüksəltməsi vacibdir”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM