satellite   Azerspace-1: 11135 H 30000

Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşıb

Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşıb

Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, imzalanma mərasimi Azərbaycan Prezidentinin Şuşadakı Xüsusi Nümayəndəliyin inzibati binasında keçirilib.

Sənədləri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç imzalayıblar.

Beləliklə, Şuşa işğaldan azad olunandan sonra ilk dəfə olaraq şəhərdə qardaşlaşma haqqında memorandum imzalanıb.

Qeyd edək ki, Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə rəsmi səfərə gəlib.

Səfər Azərbaycan Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin dəvəti ilə baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM