satellite   Azerspace-1: 11135 H 30000

MN: Ermənistan hərbi qulluqçusunun ölümcül yaralanması barədə məlumat yalandır

MN: Ermənistan hərbi qulluqçusunun ölümcül yaralanması barədə məlumat yalandır

Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür", - Nazirlik qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM