satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfirinin guya Niderland XİN-ə çağırılması Ermənistanın növbəti manipulyasiyasıdır - Ayxan Hacızadə

Azərbaycan səfirinin guya Niderland XİN-ə çağırılması Ermənistanın növbəti manipulyasiyasıdır<font color='red'> - Ayxan Hacızadə</font>

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə guya Azərbaycanın Niderlanddakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilməməsinin xatırladılması ilə bağlı Ermənistan mətbuatında yayılmış iddiaları şərh edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, A.Hacızadə bununla bağlı deyib: “Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb.

Səfirin Niderland XİN-də sonuncu görüşü onun özünün təşəbbüsü ilə martın 15-də olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM