satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN azərbaycanlıların Qərbi Azərbaycana qayıtması məsələsinə münasibət bildirib

Rusiya XİN azərbaycanlıların Qərbi Azərbaycana qayıtması məsələsinə münasibət bildirib

Azərbaycan əhalisinin Ermənistana qayıtması (Qərbi Azərbaycan – red.) tərəflər arasında dialoqda nəzərdən keçirilməlidir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Bilirsiniz ki, bu mövzu çox həssas xarakter daşıyır. Bu, iki xalqın barışığı kontekstində tərəflər arasındakı dialoqda nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinin əsasını ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksi təşkil edir. O, humanitar problemlərini də əhatə edir. Bu günə olan ən vacib vəzifə qeyd edilən razılaşmaların bütün müddəalarının Bakı və Yerevan tərəfindən ardıcıl şəkildə həyata keçirilməsidir”, – deyə M.Zaxarova vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM