Azərbaycan Ermənistanın xüsusi xidmət orqanlarını necə ələ saldı: “La Vira - məxfi menyu” əməliyyatı - VİDEO

REAL TV “La Vira – məxfi menyu” adlı sənədli film çəkib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 28-də REAL TV-də nümayiş olunacaq bu filmdə Azərbaycan xüsusi xidmət orqanlarının məxfi əməliyyatından bəhs edilir. Həmin əməliyyat 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə özünəməxsus rol oynayıb.

Sənədli filmdə 2019-cu ilin mart ayından Ermənistan xüsusi xidmət orqanlarının başına bəla kimi gətirilən hadisədən söz açılır: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanlarını necə ələ salmasından bəhs edilir. “La Vira” italyan mətbəxinə aid təamdır. Tamaşaçı filmdə Azərbaycan DTX-nin Ermənistan məxfi xidmət əməkdaşlarına bu təamı necə “həzm etdirməsi” ilə tanış olacaq. Filmdə bu nadir əməliyyat barədə tamaşaçılara unikal arxiv materialları əsasında ətraflı məlumat verilir. 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM