satellite   Azerspace-1: 11135 H 30000

Brüsseldə İran rejimindən “Azadlıq! Ədalət! Milli hökumət” tələb edilib

Brüsseldə İran rejimindən “Azadlıq! Ədalət! Milli hökumət” tələb edilib

Brüsseldə Avropa Parlamentinin binası qarşısında keçirilən “Azadlıq və ədalət marşı” mitinqi başa çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, izdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Fransa, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələri, Benelüks və digər dövlətlərdən gələn mitinq iştirakçılarının başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət” olub.

Mitinq iştirakçıları İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad olunmasını tələb ediblər.

Sonda bəyanat və tələblər səsləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM