satellite   Azerspace-1: 11135 H 30000

Nazir: İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimizin münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir

Nazir: İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimizin münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir

İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında tərəfdaşlığın inkişaf etdiyini və münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı ilə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, mütəmadi təmaslar Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verir. O, həmçinin parlamentlər arasındakı əlaqələrin də yaxşı səviyyədə olduğunu bildirib.

Ceyhun Bayramov eyni zamanda Azərbaycanda yəhudi icmasının, İsraildə Azərbaycan diasporunun ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadıqlarını söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM