satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstan Prezidenti: Geosiyasi vəziyyət ilk növbədə birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir

Bolqarıstan Prezidenti: Geosiyasi vəziyyət ilk növbədə birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir

Daha bir mühüm məqam ondan ibarətdir ki, bu təşəbbüs bizim ambisiyalarımızın səviyyəsini artırır. İndi biz artıq digər daha mühüm layihələr barədə danışmağa başlamışıq. Biz gələcəyin enerjisi - yaşıl hidrogenin nəqli barədə danışmağa başlamalıyıq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib.

İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev ilə birlikdə SOCAR-ın Sofiyada yeni ofisinin açılışını edəcəklərini vurğulayan Bolqarıstan Prezidenti bildirib: “Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Cənab Prezident Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət ilk növbədə birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM