satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Ermənistan təbiətimizə böyük zərbə vurub

Prezident İlham Əliyev: Ermənistan təbiətimizə böyük zərbə vurub

Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

“Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar”, - deyə dövlətimizin başçısı bildirib.

İndi transsərhəd təhlükələrinin mütləq nəzərə alınmalı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın burada sərgilədiyi mövqenin beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara, o cümlədən Espo Konvensiyasına əsaslandığını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM