satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya mediası BQXK avtomobilləri ilə Azərbaycana qaçaqmal keçirilməsi cəhdlərindən yazır

Rumıniya mediası BQXK avtomobilləri ilə Azərbaycana qaçaqmal keçirilməsi cəhdlərindən yazır

Rumıniyanın “News24hours” xəbər portalı, “Ultima Ora” qəzeti, “AmosNews” informasiya agentliyi Laçın buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələri ilə qaçaqmalların keçirilməsi cəhdləri barədə xəbərlər yayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, xəbərlərdə qeyd olunur ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başladığı vaxtdan BQXK-ya məxsus avtomobillərin hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitələri ilə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Qanunazidd əməllər dəfələrlə təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.

Bildirilir ki, qeyd edilən faktlarla əlaqədar Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın buraxılış məntəqəsindən keçid müvəqqəti dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM