satellite   Azerspace-1: 11135 H 30000

19 erməni yük maşını sərhədimizdə gözləməyə davam edir - FOTOLAR

19 erməni yük maşını sərhədimizdə gözləməyə davam edir<font color=red> - FOTOLAR</font> 19 erməni yük maşını sərhədimizdə gözləməyə davam edir<font color=red> - FOTOLAR</font> 19 erməni yük maşını sərhədimizdə gözləməyə davam edir<font color=red> - FOTOLAR</font>

İrəvandan göndərilən və ötən gün axşam saatlarında sərhədimizə çatan 19 yük maşını “Laçın” postunun önündə gözləməyə davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

400 ton (Ermənistan Baş naziri Nikol Paşinyan 360 ton olduğunu bildirir) “humanitar yardım” olduğu bildirilən yük Azərbaycanla razılaşdırılmadan və Bakının razılığı alınmadan, nümayişkaranə şəkildə Xankəndiyə göndərilib.

Azərbaycan isə Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyduqları bütün zəruri ərzaq və digər məhsulları Ağdamdan tədarük edə biləcəklərini və bunun Brüsseldə razılaşdırıldığını bildirərək, bunu şou, spekulyasiya, manipulyasiya və dünya ictimaiyyətini aldatmağa yönələn oyun adlandırıb.

Prezidentin köməkçisi Hikmət Hacıyev isə sərt xəbərdarlıq edərək, “Oyun bitdi!” mesajını verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM