satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin perspektivləri müzakirə edilib

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin perspektivləri müzakirə edilib

Ər-Riyadda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim Əl-Xereyci ilə görüşü olub.

Naxçıvan televiziyası xəbər verir ki, görüş əsnasında iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM