satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN başçısı: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir"

Türkiyə XİN başçısı: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir"

“Artıq Cənubi Qafqazda siyasi sabitlik üçün şərait yaranıb. Çünki Azərbaycan 30 illik işğala son qoyub”.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında müxtəlif platformalarda danışıqlar gedir: “Biz bu təmasları yaxından izləyirik. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində işlər görülür".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM