satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik”

Ceyhun Bayramov: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik”

“Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərin normallaşması istiqamətindəki səyləri göz qabağındadır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, uzun illər İrəvanın işğalçılıq siyasəti buna mane olub: “2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti bildirdi ki, biz düşmənçilik səhifəsini çevirməyə hazırıq. Bu, qalib dövlətin və qalib liderin atdığı addım idi. Azərbaycan, həmçinin Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşmasını dəstəkləyir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM