satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: “Cənubi Qafqazda dayanıqlı sülh və razılaşma üçün hər şey edirik”

Rusiya XİN: “Cənubi Qafqazda dayanıqlı sülh və razılaşma üçün hər şey edirik”

“Rusiya regionda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh və razılaşmaya nail olunması üçün hər şey edir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, Ukrayna ilə müharibə fonunda Rusiyanın xarici siyasətində bəzi istiqamətlərin daha az prioritet olması ilə bağlı fikirlərin heç bir əsası yoxdur.

M.Zaxarova əlavə edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin təşviqinə tam sadiqdir: “Rusiya regionda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh və razılaşmaya nail olunması üçün hər şey edir. Biz Cənubi Qafqazla bağlıyıq və digər öhdəliklərimizi də yerinə yetiririk”.

Onun sözlərinə görə, Rusiyanın iştirakı ilə yüksək səviyyələrdə silsilə görüşlər keçirilib və bu mənada Moskvanın fəallığının azalmasından söhbət belə gedə bilməz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM