satellite   Azerspace-1: 11135 H 30000

XİN: “Azərbaycanın fəaliyyəti daxili qanunlara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”

XİN: “Azərbaycanın fəaliyyəti daxili qanunlara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”

“Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanıb”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və kütləvi etnik təmizləmə nəticəsində yaranan azadlıq müharibəsi idi.

“28 il ərzində Ermənistan danışıqlardan imtina etdi, bütün sülh təkliflərini rədd etdi, hətta “Qarabağ Ermənistandır” iddiası ilə çıxış etdi və Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələdi”, - XİN sözçüsü əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM