satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Gürcüstanın XİN başçısına zəng edib

Ceyhun Bayramov Gürcüstanın XİN başçısına zəng edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə zəng vurub.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan XİN-dən məlumat verilib.

Nazir bu ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib.

Nazir C.Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM