satellite   Azerspace-1: 11135 H 30000

Məzahir Pənahov: “Prezident seçkilərini qeyri-rəsmi olaraq "Zəfər seçkiləri" adlandırırıq”

Məzahir Pənahov: “Prezident seçkilərini qeyri-rəsmi olaraq "Zəfər seçkiləri" adlandırırıq”

Prezident seçkilərini qeyri-rəsmi olaraq "Zəfər seçkiləri" adlandırırıq.

Naxçıvan televiziyası-ın məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

MSK sədri qeyd edib ki, çünki bu azad olunmuş ərazilərdə və bütün Azərbaycanda keçirilən ilk seçkidir.

O xatırladıb ki, azad olunan ərazilərdə yaradılan 26 seçki məntəqəsinin 20 mindən artıq seçicisi var. M.Pənahov qeyd edib ki, səsvermədə artıq öz doğma yurduna qayıdanlarla birlikdə, azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə cəlb olunmuş insanlar da seçki hüququ olan şəxslərdir.

“Onlar da səsvermədə iştirak edəcəklər. Prezident seçkilərini Azərbaycanda son illərdə formalaşmış əhvali-ruhiyyəsi uyğun başa vurmalıyıq. Azərbaycanın ərazi bütövlüyü artıq təmin olunub. İlk dəfə olaraq Azərbaycanın bütün bölgələrində, beynəlxalq miqyasda tanınan ərazilərində seçki keçiriləcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM