satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan COP 29-la bağlı Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan COP 29-la bağlı Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlığı müzakirə edib

Azərbaycanda keçiriləcək COP 29 tədbiri çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr aparıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Davos İqtisadi Forumu çərçivəsində onun Beynəlxalq Standartlaşdırma Təşkilatının baş katibi Serxio Muxika ilə görüşündə baş tutub. Tərəflər qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqini, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüsləri nəzərdən keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM