satellite   Azerspace-1: 11135 H 30000

XİN rəsmisi Aİ-nin Azərbaycandakı nümayəndəsini məsuliyyətsizlikdə ittiham edib

XİN rəsmisi Aİ-nin Azərbaycandakı nümayəndəsini məsuliyyətsizlikdə ittiham edib

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Azərbaycanın məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verən XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM