Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 33,52 % təşkil edib.
NTV-nin "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 6,25 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,57 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 8,34 faiz bəndi azalaraq, il ərzində isə 5,3 faiz bəndi artaraq 20,49 % təşkil edib. Son 3 ayda onun bazar payı iki dəfəyə yaxın azalıb.
Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 0,22 faiz bəndi artaraq, illik isə 5,68 faiz bəndi azalaraq 18,49 % təşkil edib.
Dördüncü pillədəki "X"ın bazar payı aylıq 1,67 faiz bəndi, illik müqayisədə isə 0,96 faiz bəndi artaraq 8,29 % təşkil edib.
İlk beşliyi 7,97 %-lik bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 2,46 faiz bəndi, illik müqayisədə isə 2,93 faiz bəndi azalıb.
