satellite   Azerspace-1: 11135 H 30000

İnstaqramda bir sıra funksiyalar dəyişəcək

İnstaqramda bir sıra funksiyalar dəyişəcək

İnstaqramın baş direktoru Adam Mosseri istifadəçilərin “TikTok”un surətçıxarma ilə bağlı tənqidindən sonra tətbiqdə bir sıra funksiyaları dəyişəcəklərini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Platformer”ə istinadən məlumat yayıb.

İstifadəçilər tamekranlı video interfeysdən narazı idilər, həmçinin instaqramdan “TikTok”u kopyalamağı dayandırmağa çağıran müxtəlif onlayn fləşmoblar təşkil edirdilər.

Növbəti bir neçə həftə ərzində sosial şəbəkə əvvəlki lent formatına qayıtmağı planlaşdırır. İnstaqram, həmçinin təsadüfi hesablardan tövsiyə olunan postların sayını azaldacaq.

“Geriyə doğru böyük bir addım atıb yenidən qruplaşmalı və bundan sonra nə edəcəyimizi anlamalıyıq”, - A.Mosseri deyib.

İnstaqramın gələcəkdə istifadəçilərin istəkləri əsasında yeniləmələr buraxacağı da gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM