satellite   Azerspace-1: 11135 H 30000

Senator Deyns ABŞ-nin Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı mövqeyini təsdiqləyib

Senator Deyns ABŞ-nin Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı mövqeyini təsdiqləyib

Bakı və İrəvan arasında sülh sazişinin bağlanması Cənubi Qafqaz regionunda sabitlik və rifahı təmin edəcək.

NTV ABŞ-nin Ermənistandakı səfirliyinin paylaşımına istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Senator Stiv Deyns və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə regional təhlükəsizlik məsələləri, həmçinin Ermənistan iqtisadiyyatına investisiya perspektivləri müzakirə olunub. Senator Tramp administrasiyasının regionda sabitliyin və rifahın təmin edilməsi üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasının zəruriliyi ilə bağlı mövqeyinə dəstəyini ifadə edib", - paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM