satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kipr Ali Məhkəməsinin sədri Azərbaycana səfərə yola düşüb

Şimali Kipr Ali Məhkəməsinin sədri Azərbaycana səfərə yola düşüb

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Ali Məhkəməsinin sədri Bertan Özerdağ Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bakıya yola düşüb.

NTV ŞKTC Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinə istinadla xəbər verir ki, səfər zamanı onu Şimali Kipr Ali Məhkəməsinin hakimi Peri Hakkı müşayiət edir.

Səfər çərçivəsində Azərbaycanın və Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin məhkəmə strukturlarının nümayəndələri ilə danışıqların aparılması planlaşdırılır.

B.Özerdağın “Müasir insan həyatında baş verən dəyişikliklərin Konstitusiya hüquqlarına təsiri” mövzusunda çıxışı da nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM