satellite   Azerspace-1: 11135 H 30000

Myanmada yeni ittifaq hökuməti formalaşdırılıb

Myanmada yeni ittifaq hökuməti formalaşdırılıb

Myanmanın Milli Müdafiə və Təhlükəsizlik Şurası bu gün yeni ittifaq hökuməti və Milli Təhlükəsizlik və Sülh Komissiyası formalaşdırıb.

NTV xəbər verir ki, bu barədə MRTV dövlət telekanalı məlumat yayıb.

İttifaq hökumətinə baş nazir qismində Nyo So, komissiyaya isə baş general Min Aun Hlayn rəhbərlik edəcək.

Bundan başqa, Şura hakimiyyət səlahiyyətlərinin silahlı qüvvələrin baş komandanına verilməsi haqqında əmrin ləğvi ilə bağlı qərar qəbul edib.

Myanmanın Dövlət İnzibati Şurasının rəsmi nümayəndəsi Zo Min Tun bildirib ki, Milli Müdafiə və Təhlükəsizlik Şurası ümumi seçkilərin keçirilməsi üçün fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib. Fövqəladə vəziyyət rejimi 2021-ci ildən qüvvədə idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM