satellite   Azerspace-1: 11135 H 30000

Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək

Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək.

NTV xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.

"Prezident Pezeşkianın Ermənistana səfəri iki gün davam edəcək", - o bildirib.

İran Prezidenti İrəvandan sonra Belarusa yollanacaq.

Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM