satellite   Azerspace-1: 11135 H 30000

Putin Trampla Alyaskadakı sammitdən sonra iclas keçirib

Putin Trampla Alyaskadakı sammitdən sonra iclas keçirib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla avqustun 15-də Ankoricdə (Alyaska) baş tutan sammitdən sonra iclas keçirib.

NTV TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı əsas tələbləri irəli sürüb.

Qeyd edilir ki, Trampla danışıqlar zamanı Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və təfərrüatlı şəkildə ifadə etmək imkanı olub.

Putinin sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını istəyir. Trampla danışıqlar zamanı tərəflər əməkdaşlığın demək olar ki, bütün sahələrini müzakirə ediblər.

“Söhbət çox səmimi, mənalı keçdi və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır”, - Putin bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM