satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan kilsənin ünvanına səsləndirdiyi kobud ifadələrə görə üzr istəyib

Paşinyan kilsənin ünvanına səsləndirdiyi kobud ifadələrə görə üzr istəyib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol kilsəsinin ruhanilərinə qarşı istifadə etdiyi sözlərə görə üzr istəyib.

NTV-nin məlumatına görə, müvafiq məlumat baş nazirin "Facebook" səhifəsində dərc edilib.

"Korrupsiyaya qarşı mübarizə komissiyası mənim çıxışımda iki məlum epizodla bağlı davranış qaydalarının pozulmasını qeyd edib. Bəzi qiymətləndirmələrlə tam razı olmasam da, üzr istəyirəm", - deyə Paşinyan yazıb.

Bununla yanaşı, o vurğulayıb ki, üzrxahlıq yalnız komissiyanın qərar qəbul etdiyi iki ifadəyə aiddir.

Qeyd edək ki, sözügedən komissiya N. Paşinyanın vəzifəli şəxsin davranış kodeksini pozduğu qənaətinə gəlib.

Xatırladaq ki, Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM