satellite   Azerspace-1: 11135 H 30000

İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTOLAR

İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib<font color=red> - FOTOLAR</font> İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib<font color=red> - FOTOLAR</font> İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib<font color=red> - FOTOLAR</font> İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib<font color=red> - FOTOLAR</font>

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

NTV xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Səfir Ronen Krausz Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu. Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad etdi", - məlumatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, diplomat, eyni zamanda, Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək onun igidliyini və fədakarlığını dərin hörmətlə anıb:

"Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və minnətdarlığın güclü bir təcəssümüdür".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM