satellite   Azerspace-1: 11135 H 30000

Ağ Evdə Trampla Zelenski arasında görüş keçirilir - YENİLƏNİB

Ağ Evdə Trampla Zelenski arasında görüş keçirilir<font color='red'> - YENİLƏNİB</font>

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Zelenski arasında ikitərəfli görüş keçirilir.

NTV-nin məlumatına görə, görüşdə vitse-prezident Ceyms Devid Vens, xüsusi elçi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio da iştirak edir.

Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə geniş formatda görüş olacaq.

Xatırladaq ki, avqustun 15-də Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

21:21

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və Avropa liderləri ilə görüşmək üçün Ağ Evə gəlib. NTV-nin  məlumatına görə, Donald Tramp Ağ Evin qarşısında onu qarşılayıb. Daha sonra tərəflər görüş üçün içəri keçiblər. Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə geniş formatda görüş olacaq.

Qeyd edək ki, ötən həftə avqustun 15-də Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM