satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Türkiyənin milli “NeXT Social” platformasında ilk paylaşımını edib

Ərdoğan Türkiyənin milli “NeXT Social” platformasında ilk paylaşımını edib

Türkiyənin yerli və milli sosial media platforması “NeXT Social” platforması sürətlə böyüyərkən Prezident Rəcəb Tayyib Ərdoğan da həmin platformaya qoşulub.

NTV Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın ilk paylaşımı qısa zamanda minlərlə bəyənmə toplayıb. Türkiyə prezidenti ilk paylaşımında Ərdəm Bayazidin “Günəş doğacaq” şeirindən “Beton divarlar arasında çiçək açdı” misrasını sitat gətirib və “Hazırsan?” ifadəsini işlədib. Prezident Ərdoğanın “Başlayırıq” etiketli paylaşımında Türkiyə bayrağı, yer kürəsi və raket emojiləri də yer alıb.

“Teknofest” gəncləri tərəfindən hazırlanan və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3) “Baykar” ilə birgə dəstəklədiyi “NeXT Social” istifadəçi bazasını sürətlə artırır. Prezident Ərdoğanın platformada iştirakı uzun müddətdir ki, müzakirə mövzusu idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM