satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: Tramp Alyaska sammitindən sonra Ukraynada nizamlanmaya daha dərindən yanaşmağa başlayıb

Lavrov: Tramp Alyaska sammitindən sonra Ukraynada nizamlanmaya daha dərindən yanaşmağa başlayıb

Rusiya Federasiyası və ABŞ prezidentlərinin avqustun 15-də Alyaskada keçirilən sammiti göstərdi ki, indiki Amerika administrasiyası Ukrayna ətrafında uzunmüddətli və dayanıqlı nizamlanmanın tapılmasına yönəlib.

NTV-nin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalında Nailə Əsgərzadəyə müsahibəsində deyib.

“Orada (Alyaskada - red.) çox yaxşı ab-hava var idi və bu, prezidentlərin (Vladimir Putin və Donald Tramp – red.) danışıqlardan sonra verdiyi bəyanatlarda öz əksini tapıb”, - o bildirib.

Lavrovun sözlərinə görə, Alyaskada faydalı söhbət olub.

O əlavə edib ki, Tramp və komandası xüsusilə Alyaskadakı görüşdən sonra Ukraynada nizamlanma məsələsinin həllinə çox daha dərindən yanaşmağa başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM