satellite   Azerspace-1: 11135 H 30000

Aİ ilə ABŞ Ukrayna üçün əsaslı təhlükəsizlik təminatları üzərində işləyəcək

Aİ ilə ABŞ Ukrayna üçün əsaslı təhlükəsizlik təminatları üzərində işləyəcək

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta Aİ üzvləri ilə videokonfransdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.

NTV xəbər verir ki, A.Koşta bu barədə "X"da yazıb.

O, telefon danışığı zamanı Ukraynaya sarsılmaz dəstəyini, eləcə də Rusiyaya təzyiqlərin davam etdirilməsi ilə bağlı öhdəlikləri vurğulayıb:

“Əsas prioritetlərimiz insan ölümlərinə son qoyulması, əsirlərin mübadiləsinin genişləndirilməsi və Rusiya tərəfindən qaçırılan minlərlə uşağın geri qaytarılmasının təmin edilməsidir. Biz Birləşmiş Ştatlarla birlikdə Ukrayna üçün konkret və əsaslı təhlükəsizlik təminatları üzərində işləyəcəyik”.

A.Koşta qeyd edib ki, Prezident Zelenski və ABŞ ilə birlikdə Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün növbəti addımları hazırlayacaqlar:

“Ukrayna xalqını dəstəkləməyə davam etməliyik və genişlənmə prosesini irəli aparmalıyıq. Ukraynanın gələcəyi həm də Aİ üzvlüyünün təmin edə biləcəyi rifah və sabitlikdədir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM